Məşhur aktyor  Ukraynaya kömək üçün   lüks avtomobilini satır
14 may 2022 04:20 (UTC +04:00)

Məşhur aktyor Ukraynaya kömək üçün lüks avtomobilini satır

Məşhur Hollivud aktyoru Riçard Gir dəbdəbəli 1999-cu il istehsalı olan “Jaguar XK8” kabrioletini satmaq qərarına gəlib. 

Lent.az xəbər verir ki, bu barədə “Bring A Trailer” hərrac platforması məlumat yayıb.

Bildirilir ki, əldə olunacaq bütün pullar ukraynalılara kömək məqsədi daşıyacaq. 

Avtomobilin performansı sadəcə heyrətamizdir - avtomobil kaşmir dəri ilə antrasit mirvari dəri ilə işlənib və beş pilləli avtomatik transmissiya ilə birləşdirilmiş 4,0 litrlik V8 mühərriki ilə təchiz edilib.

Avadanlıqlara yumşaq tavan, elektriklə tənzimlənən qızdırılan oturacaqlar, avtomatik klimat-kontrol və bir sıra dəbdəbəli detallar daxildir.
 

# 768
avatar

Oxşar yazılar