ABŞ-nin Havay adalarında meşə yanğınları nəticəsində ölənlərin sayı 101-ə çatıb.
Lent.az xəbər verir ki, bu barədə əyalətin qubernatoru Joş Qrin yerli televiziyaya bildirib.
Qubernator ölənlərin sayının artacağını istisna etməyib.
Qeyd edək ki, bu, Havayda 1960-cı ildən sonra kütləvi insan tələfatı ilə nəticələnən ən böyük fəlakətdir. Həmin ildə sunami 61 nəfərin həyatına son qoymuşdu.