Suriya paytaxtının cənubunda məsciddə park edilmiş taksi avtomobilində partlayıcı qurğu işə düşüb.
Lent.az TASS-a istinadən xəbər verir ki, avtomobilin partlaması nəticəsində 5-dən çox adam ölüb, daha 46 nəfər yaralanıb.
Qurbanlar arasında qadınlar və uşaqlar da var.
Bu, son iki gündə şiələrin Seyyid-Zeynəb məscidində baş verən ikinci partlayışdır. İyulun 25-də təxminən eyni yerdə naməlum şəxslər tərəfindən motosiklet partladılıb, iki nəfər yaralanıb.
Ölənlərin sayının artacağı istisna edilmir.
***
Saat 01:47
Suriyanın paytaxtı Dəəşqdə avtomobilə quraşdırılan bombanın partlaması nəticəsində beş nəfər ölüb.
Lent.az xəbər verir ki, bu barədə “Sham FM” məlumat yayıb.
Partlayıcı qurğu Seyidə-Zeynəb məscidi yaxınlığındakı taksiyə quraşdırılıb.
Xəsarət alanların sayı barədə dəqiq məlumat verilməyib.
***
27.07.2023
Saat 20:50
Dəməşqin cənubundakı Seyyid-Zeynəb məscidi yaxınlığında avtomobil partladılıb.
Lent.az-ın xəbərinə görə, bu barədə bu gün “Sham FM” radiostansiyası məlumat yayıb.
Taksiyə quraşdırılan partlayıcı qurğunun işə düşməsi nəticəsində ölən və yaralananlar var.
Hadisəni heç bir qruplaşma öz üzərinə götürməyib.