ABŞ-nin Aydaho ştatında məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb.
Lent.az ABC telekanalına istinadən xəbər verir ki, nəticədə 11 nəfər xəsarət alıb, onlardan yeddisinin vəziyyəti ağır qiymətləndirilir.
Telekanal xəbər verir ki, avtobusda 30 uşaq olub.
Ştat polisinin məlumatına görə, uşaqların yaşı 13-18 arasındadır. Onların hamısı müayinə olunmaq üçün xəstəxanalara aparılıb.
Hüquq-mühafizə orqanları qəzanın səbəblərini öyrənməyə başlayıb.