Məkkədə istidən 550   zəvvar öldü
19 iyun 2024 14:44 (UTC +04:00)

Məkkədə istidən 550 zəvvar öldü

Müsəlmanların Məkkəyə illik həcc ziyarəti zamanı yüzlərlə zəvvar qızmar istilər səbəbindən dünyasını dəyişib.

Lent.az "Reuters"ə istinadla bildirir ki, Həcc ziyarəti zamanı azı 550 nəfər ölüb. Onlardan 323 nəfəri misirlidir. İnsanların çoxunun istiliklə bağlı xəstəliklərdən öldüyü deyilir.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanında son 30 ildə Həcc ziyarəti zamanı izdiham, çadırlarda yanğın və digər qəzalar yüzlərlə insanın ölümünə səbəb olub.

Bu il həcc ziyarəti cümə günü başlayıb və artıq bazar ertəsi Məkkədəki Böyük Məscidin kölgəsində temperatur +51,8 dərəcəyə yüksəlib.

Həmçinin, Həcc ziyarəti zamanı 35 Tunis vətəndaşı və ən azı 6 İordaniya vətəndaşı da istidən dünyasını dəyişib. Ölənlər arasında İran, Seneqal və İndoneziya vətəndaşları da var.

Qeyd edək ki, dünyanın ən böyük kütləvi məclislərindən biri olan Həcc, əmək qabiliyyətli müsəlmanlar üçün həyatda bir dəfə yerinə yetirilən bir fərzdir.
Səudiyyə Ərəbistanının Baş Statistika İdarəsinin məlumatına görə, bu il 1,8 milyondan çox zəvvarın iştirakı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2766
avatar

Oxşar yazılar