Türkiyədə ağır yol-qəzası olub.
Lent.az xəbər verir ki, bu barədə “Haber türk” məlumat yayıb.
Bayburt-Gümüşhane magistralında baş verən qəza zamanı bir ailənin üç üzvü ölüb.
Qəzaya səbəb yağışdan sonra yolun sürüşkən olması göstərilir.
İdarəetməni itirən sürücü avtomobili aşıb.
Nəticədə özü, həyat yoldaşı və 3 yaşlı uşağı xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Magistral yolda QƏZA: Bir ailənin 3 üzvü öldü
2136