Çinin şimal-qərbindəki Şensi əyalətində magistral körpünün uçması nəticəsində 11 nəfər ölüb.
Lent.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd olunur ki, xilasedicilər çaya düşmüş beş avtomobil aşkar ediblər.
Xilasetmə işləri davam edir.
Körpünün uçmasına səbəb güclü yağış olub.