Belorus Prezidenti Aleksandr Lukoşenko bəyan edib ki, Qərbin yürütdüyü siyasət dünyanı uçuruma aparır.
Lent.az bu barədə xarici mətbuata istinadən məlumat verir.
“Baş verən hadisələr çoxqütblü dünya qurulması yolunda ciddi addımlardır, bunlar ABŞ-ın hegemonluğuna qarşı yönəlib. Qərb ölkələri hegemonluğu qorumaq üçün hərbi qüvvələri sayını artırırlar. Bizi əhatə edən ölkələr neonasist ideyaların və faşist rejiminin inkişafı üçün çalışırlar. Qərbin başlatdığı bu müharibənin qalibləri olmayacaq”,- deyə Lukoşenko bildirib.
O qeyd edib ki, Belorus bu mübarizədə Rusiyanı sona qədər dəstəkləyəcək.