Belarus prezidenti Aleksandr Lukaşenko Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makronu uşaq adlandırıb.
Lent.az “BELTA”ya istinadən xəbər verir ki, bu barədə respublika başçısı jurnalistlərə müsahibəsində danışıb.
O, Almaniya kansleri və Fransa liderini Rusiya prezidenti Vladimir Putinlə qapalı söhbətlərinin məzmununu ictimaiyyətə açıqlamasına görə qınayıb və bu cür davranışın avropalı siyasətçilər üçün qəbuledilməz olduğunu vurğulayıb.
Prezident əlavə edib ki, Şolz heç nə başa düşməyən və siyasəti anlamaq istəməyən uşaqdır: “Bu uşaqdır, başa düşürsüz? Mümkün deyil, belə də olmaz”.