Kuleba:  "Hərbi əsirlərin saxlanıldığı həbsxananı biz vurmamışıq" - YENİLƏNİB
29 iyul 2022 16:00 (UTC +04:00)

Kuleba: "Hərbi əsirlərin saxlanıldığı həbsxananı biz vurmamışıq" - YENİLƏNİB

0

"Yelenovkada ukraynalı hərbi əsirlərin saxlanıldığı həbsxananı vurmamışıq". 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba  "Twitter" hesabında bildirib. 

O, əksinə Yelenovkadakı sözügedən hənsxananın atəşə tutulmasında Rusiyanı ittiham edib.

XİN rəhbəri Rusiyanın terrorçu dövlət kimi tanınmasını deyərək, Ukraynanın tərəfdaşlarını beynəlxalq humanitar hüququn pozuntusunu qətiyyətlə pisləməyə çağırıb.

Xatırladaq ki, bu gün qondarma "DXR"in sözçüsü bildirib ki, Ukraynanın HİMARS raketləri ilə Yelenovkadakı həbsxananı vurması nəticəsində 53 ukraynalı hərbi əsir həlak, 75 nəfər yaralanıb.

***

14:23

Ukraynanın HİMARS raketləri ilə separatçıların nəzarətində olan ukraynalı hərbi əsirlərin saxlanıldığı Volnovaxa həbsxanasını vurub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, atəş zərbələri nəticəsində həbsxanada olan 53 nəfər ölüb.

Qeyd edək ki, vurulan obyekt Mariupolun mühasirəsindən sonra “Azov” taborunun əsirlərinin aparıldığı Yelenovka kəndindəki 120 saylı cəzaçəkmə koloniyasıdır.

Rəsmi Kiyev hadisə ilə bağlı açıqlama verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3206

Oxşar yazılar