Tanınmamış Kosovo Serbiyada verilmiş sənədlərin qadağan edilməsi ilə bağlı proseduru sentyabrın 1-dək təxirə salıb.
Lent.az-ın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb. Yaxın saatlarda Serbiyanın digər əraziləri ilə sərbəst hərəkətin bərpa edilməsi gözlənilir.
Qeyd edək ki,ötən axşam Serbiya və Kosovonun inzibati ərazilərini ayıran xəttdə gərginlik yaranıb. Buna səbəb Kosovonun Serbiya nömrəli avtomobillərə qadağa tətbiq etmək planı olub. Yaranmış gərginliyə NATO-nun Kosovodakı missiyası (KFOR) da münasibət bildirib.