Nyu-Yorkda koronavirusa yoluxma hallarında artım qeydə alınıb.
Lent/az xəbər verir ki, bu barədə "New York Post" (NYP) məlumat yayıb.
Qeyd olunub ki, artım ABŞ-ın digər ştatlarında da müşahidə olunub.
Səhiyyə Departamentinin avqustun 2-nə olan məlumatına görə, koronavirusa yoluxanların sayının əvvəlki həftə ilə müqayisədə 55% artdığını bildirib. Qeyd olunur ki, ştatda gündə orta hesabla 824 yoluxma baş verir.