Həkimlərin koronavirusa yoluxma diqanozu qoyduğu Burundinin keçmiş prezidenti Pyer Buyoya Parisə aparılanda vəfat edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, keçmiş prezidentin ailə üzvlərindən biri onun ötən gecə öldüyü haqda məlumat verib.
Buyoya Parisə aparılmağa hazırlaşana qədər Mali Respublikasının Bamako şəhərindəki Qabriel Ture adına xəstəxanasında müalicə olunub.
Buyoyanın 71 yaşı vardı.
O, 1987-1993 və 1996-cı ildən 2003-cü ilədək Burundinin prezidenti olub.