Bu günlərdə bir britaniyalı qadın gördüyündən dəhşətə gəlib.
Lent.az xəbər verir ki, uelsli qadın marketdən konserv alıb. O, konservi açaraq yemək istədikdə qabda balıq əvəzinə ilan olduğunu görüb. Qadın dəhşətə gələrək qonşuya qaçıb. Köməyə gələn qonşu ilanın öldüyünü deyərək qadını sakitləşdirib.
Özünə gələn qadın konservi marketə qaytarıb. Market rəhbərliyi qadına kompensasiya olaraq 2 şüşə bahalı fransız çaxırı verib.