Son dəqiqə xəbərinə görə, Ukraynanın paytaxtı Kiyevdə səhər açılan kimi küçə toqquşmaları başlayıb, ordu hissələri rus hərbçiləri ilə döyüşüb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Ukrayna 3500 rus əsgərinin öldüyünü bildirir.
"Biz silahı yerə qoymayacağıq" deyən Zelenski prezident binasının qarşısından videomüraciət paylaşıb.
Amerika mediası yazıb ki, Zelenski Vaşinqtonun təxliyə tələbini rədd edib.
Beynəlxalq xəbər agentlikləri demək olar ki, fasiləsiz olaraq Ukraynadan gələn xəbərləri “son dəqiqə” kodu ilə yayırlar və AFP dünyanı dəhşətə gətirən fotoları paylaşıb.
Lent.az həmin fotoları təqdim edir.
Rusiya tankının əzdiyi avtomobildə olan qadın xəsarət alaraq xilas edilib