Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov saxlanılıb.
Lent.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.
Qazaxıstanın keçmiş müdafiə nazirinə qarşı Cinayət Məcəlləsinin 452-ci (hakimiyyət orqanlarının hərəkətsizliyi) maddəsi ilə cinayət işi açılıb, istintaq başlayıb. O, müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin daxili işlər nazirinin keçmiş müavini, general-leytenant Ruslan Jaksılıkovu yeni müdafiə naziri təyin edib.