Meksikanın keçmiş baş prokuroru Jezus Murillo Karam 2014-cü ildə 43 tələbənin itkin düşməsində ittiham olunur.
Lent.az-ın xəbərinə görə, bu barədə Meksika Hakimlər Şurası məlumat yayıb. Keçmiş baş prokurora qarşı adam oğurlama, işğəncə və ədalət mühakiməsinə mane olma ittihamı irəli sürülüb.
Murillo Karam 3 gün əvvəl Meksikada əvvəlki illərdə 100 min nəfərin itkin düşməsi ilə bağlı təhqiqat çərçivəsində həbs edilib.