Katla vulkanı püskürsə...
19 aprel 2010 14:30 (UTC +04:00)

Katla vulkanı püskürsə...

Dünyanı daha böyük vulkan təhlükəsi gözləyir


“Evrosment” şirkəti İslandiyada vulkanları betonlamağa hazırdır.

Lent.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, bunu şirkətin mətbuat xidmətinin rəhbəri Yelena Rudovsk açıqlama verib.

“Evrosment” İslandiya alimlərinin vulkanların betonlanmasının mümkünlüyü ilə bağlı niyyətinə müsbət yanaşdığını bildirib. Yelena Rudovsk deyib ki, hazırda dünya üçün problem yaradan Eyyafyatlayokudl vulkanının betonlanması üçün 2 ay və 900 milyon dollar lazımdır.

Qeyd edək ki, Eyyafyatlayokudl vulkanının yaxınlığında yerləşən Katla vulkanında hələ lavanın hərəkəti müşahidə olunmur. Bu vulkan Eyyafyatlayokudl vulkanından 10 dəfə böyükdür və dünya üçün daha ciddi təhlükə vəd edir. Bu barədə İslandiya Meteorologiya İnstitutu məlumat yaysa da, buna münasibət birmənalı deyil. İslandiya Universitetinin professoru Pol Eynarsson bildirib ki, Eyyafyatlayokudl və Katla vulkanları arasında aktivlik baxımından həssas əlaqə var. Digər tərəfdən, Katl vulkanı dövrü olaraq 40-80 ildən bir püskürür. Bu vulkan sonuncu dəfə 1955-ci ildə püskürüb və buna görə də Pol Eynarsson vulkanın yenidən püskürməsi ehtimalının böyük olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2086
avatar

Oxşar yazılar