İtaliyanın Bolzano əyalətində karnaval zamanı platforma aşıb.
Lent.az xəbər verir ki, bu barədə "La Stampa" qəzeti məlumat yayıb.
Hadisə nəticəsində 16 nəfər xəsarət alıb.
İnsident, platformaların paradı artıq başa çatmaq üzrə olan zaman baş verib.
Hazırda İtaliyada karnaval yürüşləri keçirilir.
Pandemiyadan sonra ilk dəfədir ki, onlar sanitar məhdudiyyətlər olmadan keçirilir.
Karnaval dövrü iki həftədən çox davam edir.