Almaniyada 2 qadının kansler Olaf Şoltsun önündə soyunub etiraz etməsi sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.
Lent.az xəbər verir ki, qadınlar Rusiya qazına embarqo qoyulması tələbi ilə soyunaraq etiraz ediblər.
Kansler bu hadisəyə təbəssümlə reaksiya verib.
Qeyd edək ki, 63 yaşlı Olaf Şolts 2021-ci ildə Almaniyanın kansleri seçilib.