Kanadada artıq 168 nəfərin meymunçiçəyinə yoluxduğu təsbit edilib.
APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Yoluxanların 141 nəfəri fransızdilli Kvebek əyalətinin sakinidir. 21 xəstə isə paytaxt Ottavada yaşayır.
Ölkədə ilk yoluxma mayın ortalarında qeydə alınıb.