Kanadanın “UHelpUkraine” qeyri-kommersiya təşkilatı “BayraktarTB2” hücum pilotsuz təyyarəsi almaq məqsədilə 7 milyon Kanada dolları (5,4 milyon dollar) toplamaq üçün kampaniyaya start verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, layihənin məqsədi “Bayraktar”ı Ukrayna ordusuna hədiyyə kimi təhvil verməkdir.
Kanadalılar hədiyyəni avqustun 24-də - Ukraynanın müstəqillik günü hərbçilərə ərməğan etmək niyyətindədirlər.
Qeyd edək ki, “UHelpUkraine” ukraynalılarla fəxr edən Ukrayna-Kanada könüllülərinin qeyri-kommersiya təşkilatıdır. O, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya hücumuna cavab olaraq yaradılıb.