Kabildəki partlayışlarda  ölənlərin sayı   200-ə çatdı - YENİLƏNİB
27 avqust 2021 21:46 (UTC +04:00)

Kabildəki partlayışlarda ölənlərin sayı 200-ə çatdı - YENİLƏNİB

0

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində ölənlərin sayı artaraq 200 nəfərə çatıb.

Lent.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bundan əvvəl 170 nəfərin öldüyü deyilirdi.

***

Saat 17:19

Əfqanıstanın paytaxtı Kabildəki partlayışlarda həlak olanların sayı 170 nəfərə çatıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralananların sayı isə 200-ə çatıb. 

Partlayışlarda ölən ABŞ hərbçiləri ilə də bağlı yeni məlumat yayılıb. Bildirilir ki, onların sayı artıq 18 nəfərdir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2621

Oxşar yazılar