Rusiyada ehtiyatsızlığı oğlunun ölümünə səbəb olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Tver vilayətinin Arkatovo kəndində qeydə alınıb.
Ana qapalı yerdə saxladığı 5 iti həyətə buraxıb. Bu zaman itin yanına gedən 6 yaşlı oğlu onların hücumuna məruz qalıb. Rusiya İstintaq Komitəsinin məlumatına görə, itlər uşağı parçalayıblar.
Faktla bağlı araşdırmalara başlanılıb. Uşağın anasına ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb.
Hadisə yerindən foto