Avropada enerjiyə qənaət tələbi bəzən sosial şəbəkədə lağlağı predmetinə çevrilir.
Lent.az xəbər verir ki, Belçikada bir aktrisa qışda üşüməmək üçün it yunundan jaket toxuyur. Qadın bildirir ki, jaket isti olsa da, bir qüsuru var: paltardan it iyi gəlir. Ola bilsin ki 3-4 dəfə yuyulsa iy gedər.
Maraqlıdır ki, aktrisa jaketi özü geymək niyyətində deyil. O, tikdiyi paltarı vəliəhd Lorana hədiyyə etmək istəyir. Çünki bir müddət əvvəl kral oğlu it yunundan toxunmuş paltar geyməyi təklif etmişdi.