İsveçrənin Bern şəhərində it sahibini tapmaq üçün 1 gecədə 169 km qət edib.
Lent.az xəbər verir ki, sahibi iti qonşuya əmanət edərək Almaniyaya gedib. Lakin gözdən qaçan it 1 gecədə 169 kilometr gedərək başqa şəhərə çıxıb.
Heyvanı yorulmuş halda tapan polis boynundakı elektron karta görə sahibini müəyyən edib. Veterinarlar isə bu it növlərinin ağır rejimə davamlı olduğunu 169 km qaçışın onların orqanizminə mənfi təsir etmədiyini deyirlər.