İstiyə görə bu 2 ölkədə  1700 adam öldü
24 iyul 2022 00:41 (UTC +04:00)

İstiyə görə bu 2 ölkədə 1700 adam öldü

0

Anomal istilər təkcə İspaniya və Portuqaliyada 1700-dən çox insanın həyatına son qoyub.

Lent.az-ın xəbərinə görə, bu açıqlama ilə Ümumdünya Səhiyyə Təşilatının Avropa üzrə regional direktoru Hans Kluge çıxış edib.

Kluge bildirib ki, statistika nisbidir və dəqiq rəqəmlər 2 həftə sonra məlum olacaq. Bununla belə, real rəqəmin artıq rəsmi statistikanı üstələdiyi şübhə doğurmur. 

Kluge qeyd edib ki, yay mövsümünün başa çatmasına hələ çox var. Şiddətli istilər insanlarda gizli gedən xəstəliklərin aşkara çıxmasına və vaxtsız ölümlərə səbəb olur. Uşaqlar və yaşlı insanlar risk qrupuna daxildir.

“İstilik öldürür. Son 10 ildə yüz minlərlə insan anomal istilər və onunla üst-üstə düşən meşə yanğınları nəticəsində həyatını itirib” – deyə regional direktor vurğulayıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1924

Oxşar yazılar