fransada iyul ayında qeydə alınan isti hava səbəbindən 80 nəfər ölüb.
Lent.az yerli mətbuata istinadən xəbər verir ki, ölənlərin çoxusu Overn-Rona-Alpla, Burqundiya–Franş-Konte, Korsika regionundan olub.
Qeyd edək ki, iyul ayında Fransada yüksək temperatur qeydə alınıb.
7-13 iyul tarixləri arasında qızmar istilər nəticəsində onlarla insan həyatını itirib.
Bunun üzərinə ölkənin Meteorologiya agentliyi xüsusilə cənub bölgələrindəki insanları isti havaya qarşı tədbir görmələri barədə xəbərdar edib.