İstanbulun Silivri rayonu sahillərində Mərmərə dənizində baş verən Rixter cədvəli üzrə 6,2 bal gücündə zəlzələ Ankarada da hiss olunub.
Lent.az Türkiyə KİV-nə istinadla bildirir ki, zəlzələni hiss edən bəzi vətəndaşlar binalardan çıxıb. Ankara Böyükşəhər Bələdiyyə başçısı Mənsur Yavaş sosial media hesabından açıqlama verib: "İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ Ankarada da hiss olundu. Başda İstanbullu vətəndaşlarımız olmaqla, zəlzələdən zərər çəkən hər kəsə cansağlığı diləyirəm".
***
14: 26
Böyük çaxnaşmaya səbəb olan zəlzələdən sonra açıqlama verən daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
Lent.az Türkiyə KİV-nə istinadla bildirir ki, nazir deyib: "İstanbulun Silivri, Mərmərə dənizində 6,2 bal gücündə zəlzələ baş verdi. Ətraf vilayətlərdə də hiss olunan zəlzələ ilə bağlı bütün AFAD qrupları və aidiyyatı qurumlarımız çöl araşdırmalarına başladı. Allahdan zəlzələdən zərər çəkən vətəndaşlarımızı və millətimizi qorusun. fəlakətlər."
***
14:02
Son xəbərlərə görə, İstanbulun Silivri sahillərində 3,9 bal gücündə zəlzələ baş verib.
Lent.az Türkiyə KİV-ə istinadla bildirirki, daha bir zəlzələ yerli vaxtla saat 12.50 radələrində baş verib
İstanbulda baş verən zəlzələnin maqnitudasının 6,2 olduğu açıqlanıb.
İstanbulda zəlzələ hiss olunub. AFAD-dan verilən açıqlamada zəlzələnin 3,9 bal gücündə olduğu qeyd edilib. Zəlzələ ilə bağlı Kandillidən də açıqlama gəlib. Kandilli zəlzələnin 4 bal gücündə olduğunu da bildirib.
Yerli vaxtla saat 12.13-də baş verən zəlzələ 6,99 kilometr dərinlikdə baş verib. Zəlzələ ətraf əyalətlərdə də hiss olunub.
Kandilli Rəsədxanasının son xəbərinə görə, zəlzələnin gücü 4 bal olub.