Türkiyənin İstanbul şəhərinin Sancaktepe rayonunda terror yuvası məhv edilib.
Lent.az xəbər verir ki, bu barədə "Twitter" səhifəsində ölkənin daxili işlər naziri Süleyman Soylu yazıb.
"Sancaktepedə daha bir terror yuvası məhv edilib", - deyə nazir bildirib.
Onun sözlərinə görə, terrorla mübarizə bölməsi 3 terrorçunu yaxalayıb.
5 kq partlayışa hazır partlayıcı maddə, bomba mexanizmləri və xeyli silah-sursat ələ keçirilib.