İsrail ordusu qara siyahıya  daxil edildi
07 iyun 2024 22:51 (UTC +04:00)

İsrail ordusu qara siyahıya daxil edildi

İsrail Müdafiə Qüvvələri “uşaqlara qarşı qanun pozuntusunu törədənlər” siyahısına daxil edilib.

APA xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş İsrail Müdafiə Qüvvələrini münaqişə zamanı uşaqlara qarşı zorakılıq edənlərin qara siyahısına əlavə edib. Bu barədə İsrailin BMT-dəki daimi nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT-nin Baş Katibindən öz Qərargah rəisi vasitəsilə İsraili adekvat tədbirlər görməyən ölkələr və silahlı təşkilatlar siyahısına daxil etmək qərarına dair rəsmi bildiriş aldı.” - bəyanatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2304
avatar

Oxşar yazılar