Rusiyanın Nijnevartovsk şəhər sakini bankdakı pullarını əldən verib. O, investisiya etmək üçün kredit götürüb, lakin onu da itirib.
Lent.az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Xantı-Mansi Muxtar Dairəsi polisinin mətbuat xidməti məlumat yayıb.
Növbətçi məntəqəyə 48 yaşlı yerli sakin ərizə ilə müraciət edərək bildirib ki, 2023-cü ilin noyabrında internetdə İspaniyada yaşayan bir qızla tanış olub.
Həmsöhbəti ona pul qazanmağın yolları barədə inandırıcı təklif verib və kişi riskə gedib. O, qızın bütün göstərişlərinə əməl edərək onun hesabına 950 min rubl köçürüb.
Bir müddət sonra naşı investor qazandığı vəsaitin bir hissəsini geri götürmək qərarına gəldikdə “rəfiqəsi” onu bloklayıb.
İndi hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətdə əli olanları axtarır. Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi açılıb.