Suriya prezidenti Bəşər Əsəd BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla söhbətində ölkəsinin müttəfiqlərinin və dostlarının köməyi ilə terrorçuları məğlub etməyə qadir olduğunu bildirib.
APA xəbər verir ki, bu barədə Suriya prezidentinin ofisi məlumat yayıb.
“Prezident Əsəd telefon danışığı zamanı vurğulayıb ki, Suriya öz ərazi bütövlüyünü terrorçulardan və onların havadarlarından müdafiə etməkdə davam edir və müttəfiqləri və dostlarının köməyi ilə onları məğlub edib məhv etməyə qadirdir”, - ofisin “Telegram” kanalında yaydığı bəyanatda deyilir.
BƏƏ prezidenti də öz növbəsində ölkəsinin terrorla mübarizədə, suverenlik, ərazi bütövlüyü və sabitliyin müdafiəsində Suriyanı dəstəklədiyini vurğulayıb.
Qeyd edək ki, Əsəd rejimi son bir neçə gündə Hələb və Hama kimi ölkənin iki böyük şəhərinin nəzarətini itirərək geri çəkilib.