İrəvan şəhərində atışma olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün İrəvanın mərkəzindəki evlərdən birinin həyətində baş verib.
Belə ki, hadisə nəticəsində güllə yarası almış 43 və 35 yaşlarında olan iki kişi xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır və insidenti törədən şəxs axtarılır.