İranlı nazirin hicabsız qadınla şəkilləri yayıldı - FOTO
01 noyabr 2022 00:45 (UTC +04:00)

İranlı nazirin hicabsız qadınla şəkilləri yayıldı - FOTO

İranlı nazirin ölkədən kənarda hicabsız qadınla şəkilləri yayıldı.

Lent.az xəbər verir ki, bu barədə "MOUZE" “Telegram” kanalı məlumat yayıb.

Rüstəm Qasemi İranın hazırkı Yol və Şəhərsalma naziri, keçmiş Neft naziri, SEPAH generalı və onun xüsusi təyinatlı Qüds qanadının iqtisadi məsələlər üzrə sabiq müavinidir.

Sosial media istifadəçiləri bu şəkillərə münasibət bildirərək yazırlar: 

“Minbərdə xalqa moizə və nəsihət oxuyanlar xəlvətdə başqa işlər görürlər”.

Bu şəkillər İranda bir çox qadının istəklərindən birinin geyim azadlığına sahib olmaq olduğu bir vaxtda yayılıb və həmin qadınlardan bəziləri son həftələrdə baş tutan etirazlar zamanı öldürülüb və həbs edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4089
avatar

Oxşar yazılar