İranda növbədənkənar prezident seçkisinin ikinci turu başlayıb.
Lent.az xəbər verir ki, bu gün səhər saatlarından etibarən İranda növbədənkənar prezident seçkisinin ikinci turuna start verilib.
Prezidentlik uğrunda 69 yaşlı keçmiş səhiyyə naziri, islahatçı Məsud Pezeşkian və İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı 58 yaşlı nümayəndəsi, mühafizəkar Səid Cəlili mübarizə aparırlar.
Qeyd edək ki, iyunun 28-də İranda dörd namizədin iştirakı ilə prezident seçkisi keçirilib. Birinci turda qalib müəyyən edilmədiyindən prezidentliyə namizədlər Məsud Pezeşkian və Səid Cəlili ikinci tura keçiblər.