İranda “İsa Məsih”  TUTULDU
06 may 2026 12:02 (UTC +04:00)

İranda “İsa Məsih” TUTULDU

0

İranda özünü “İsa Məsih” adlandıran şəxs saxlanılıb.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Yəzd əyalətində xristianlığı qəbul edən üç nəfər həbs edilib.

Məlumata görə, saxlanılan şəxslər “ev kilsəsi yaratmaq” və “xristianlığı təbliğ etmək”də ittiham olunurlar.

Yəzd əyalətinin prokuroru Mehdi Həsənpur jurnalistlərə deyib ki, hüquq-mühafizə orqanları özünü əvvəlcə “tanrı tərəfindən seçilmiş”, daha sonra isə “İsa Məsih” kimi təqdim edən təriqət qurucusunu saxlayıblar.

Prokurorun sözlərinə görə, həmin şəxs xurafatdan istifadə edərək qeyri-adi asketik təcrübələri təbliğ edib və tərəfdarlarını öz məqsədləri üçün yönləndirib. O, təriqət üzvlərinin “Quran”ı yandırmaqda, müqəddəs yerləri və din xadimlərini təhqir etməkdə, eləcə də İsrailin İran üzərində qələbəsi üçün dua etməkdə günahlandırıldığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 154

Oxşar yazılar