İranda azərbaycanlı tələbə həbs edildi - FOTO
04 oktyabr 2022 14:10 (UTC +04:00)

İranda azərbaycanlı tələbə həbs edildi - FOTO

Cənubi azərbaycanlı fəal, Tehranın “Əllamə Təbatəbayi” Universitetinin jurnalistika fakültəsinin tələbəsi Melika Qaragözlü Zəngan şəhərində həbs edilib.

Lent.az bu barədə "MOUZE" telegram kanalına istinadla xəbər verir. Bildirilir ki, azərbaycanlı fəalın vəkili Məhəmmədəli Kamfiruzi sosial şəbəkərlərdə müvəkkilinin oktyabrın 1-də İranın təhlükəsizlik orqanları tərəfindən saxlanıldığı barədə məlumat paylaşıb.

“Məlika Qaragözlü oktyabrın 1-i gecə saatlarında 10 kişi və 1 qadın məmurun evinə hücum etməsi, qapısının sındırılması nəticəsində yaxalanıb. Fəal anası ilə qısa telefon danışığında Tehranın Evin zindanına salındığını bildirib”,- deyə Kamfiruzi yazıb.

Qeyd edək ki, 22 yaşlı azərbaycanlı fəal sentyabrda Tehran İnqilab Məhkəməsi tərəfindən 4 il 4 ay həbs cəzasına məhkum edilib və zindana köçürülmə barədə son qərarı gözləyirdi.

Xatırladaq ki, Məlika Qaragözlü iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra İran rejiminin məmurları tərəfindən həbs edilmişdi.

Melika Qaragözlü

# 1902
avatar

Oxşar yazılar