İranda daha bir ayətullah qətlə yetirilib.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, İran Ekspertlər Şurasının üzvü, Zahidən şəhərinin keçmiş imam cüməsinə qarşı silahlı hücum olub.
Mazandaran valisinin siyasi, təhlükəsizlik və ictimai üzrə müavini Ruhullah Səlaqi bildirib ki, Babolsarda Ekspertlər Şurasının üzvü Ayətullah Abbas Əli Süleymani silahlı hücum nəticəsində qətlə yetirilib və hücum edən şəxs həbs edilib.
Abbas Əli Süleymani Ali rəhbər Əli Xameninin Sistan və Bəlucistan vilayətindəki nümayəndəsi və Zahidanın imam cüməsi olub.