İranda 39 İsrail casusu  TUTULDU
21 iyun 2025 11:15 (UTC +04:00)

İranda 39 İsrail casusu TUTULDU

İranda İsrailə casusluq edən daha 39 nəfər saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə İrana məxsus telegram kanalları məlumat yayıb.

Məlumata görə, ən çox casus Qum şəhərində tutulub. Burada 22, Buşəhr şəhərində isə 9 nəfər İsrailə casusluq etdiyi üçün saxlanılıb. Bundan əlavə 8 nəfər isə İranı tərk edərkən ələ keçiriliblər.

Qeyd olunub ki, bu şəxslər casusluq xidmətləri ilə əlaqədə olmaqda, ictimaiyyət arasında narahatlıq yaratmaqda və İsrail rejimini dəstəkləməkdə ittiham olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456

Oxşar yazılar