İran televiziyası Trampa sui-qəsd  üçün pul yığır
19 avqust 2026 17:29 (UTC +04:00)

İran televiziyası Trampa sui-qəsd üçün pul yığır

0

İranın dövlət telekanalı “IRIB Quran”ın efirində ABŞ Prezidenti Donald Trampın öldürülməsi üçün pul toplama kampaniyasına başlanıldığı bildirilir.

Lent.az xəbər verir ki, MEMRI TV-nin məlumatına görə, aparıcı Məryəm Qasemi 10 dəqiqə ərzində 100 milyon İran tüməni (təxminən 535 dollar) toplayıb.

Qasemi tamaşaçılara müraciət edərək Trampı öldürəcək şəxsə veriləcək mükafat üçün pul ianə etməyə çağırıb. O, həmçinin İran xalqının ümumi arzusunun bir gün Amerika liderinin ölümü barədə xəbərin canlı efirdə səsləndirilməsi olduğunu bildirib.

“IRIB Quran” telekanalı İranın dövlət teleradio şirkətinin tərkibinə daxildir. Canlı efirdə təşkil edilən pul yığımı 2020-ci ildə ABŞ-ın hava zərbəsi nəticəsində öldürülən general Qasım Süleymaninin ölüm ildönümünə həsr olunub.

2020-ci ilin yanvarında Süleymaninin ölümündən dərhal sonra İranın ali lideri Əli Xamenei ABŞ-a qarşı “sərt qisas” vəd edib. O vaxtdan bəri Tehrandan Trampa qarşı dəfələrlə təhdid xarakterli açıqlamalar səsləndirildiyi bildirilir. İran parlamentində isə ABŞ prezidentinin öldürülməsi üçün 3 milyon dollar ayrılmasını nəzərdə tutan qanun layihəsinə imza toplandığı qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar