İran istehsalı olan PUA-ların ilk partiyası Rusiyaya çatdırılıb.
Lent.az-ın xəbərinə görə, bu barədə “The New York Times” ABŞ-dakı rəsmi mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, dronları Rusiyaya yük təyyarələri 19 avqustda çatdırıb. 2 ayrı növdən olan PUA-ların Ukraynaya qarşı istifadə edilməsi mümkündür.
Qeyd edək ki, bir müddət əvvəl İran Rusiyaya dron satışına dair xəbərləri təkzib edib.