İran prezidentliyinə  ilk namizəd  qeydə alındı
31 may 2024 12:56 (UTC +04:00)

İran prezidentliyinə ilk namizəd qeydə alındı

İran prezidentliyinə qeydə alınan ilk namizəd Əli Laricani olub.

Lent.az bildirir ki, İranın rəsmi xəbər agentliyi - İRNA-nın verdiyi məlumata görə, Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Laricani cümə günü səhər prezident seçkilərində namizəd kimi qeydə alınıb.

Prezident seçkilərində namizədlərin qeydiyyatına başlanıldığını cümə axşamı ölkənin daxili işlər naziri Əhməd Vahidi elan edib.

Seçki prosesi qeydiyyat üçün beş gün, ixtisasların yoxlanılması üçün yeddi gün və namizədlərin elan edilməsi üçün 14 gün davam edir”, - İranın daxili işlər naziri bildirib.

İranın keçmiş prezidenti İbrahim Rəisi, xarici işlər naziri və bir neçə digər hökumət rəsmisi mayın 19-da helikopterin qəzaya uğraması nəticəsində həlak olub.

İran konstitusiyasına görə, prezident vəfat edərsə, 50 gün ərzində prezident seçkiləri keçirilməlidir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5196
avatar

Oxşar yazılar