İran prezidenti ilə CNN arasında QALMAQAL:  Başını örtmədi...
23 sentyabr 2022 11:12 (UTC +04:00)

İran prezidenti ilə CNN arasında QALMAQAL: Başını örtmədi...

İran prezidenti İbrahim Rəisi amerikalı jurnalist Kristian Amanpuranla müsahibəsini ləğv edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin 77-ci Baş Assambleyası üçün ABŞ-da səfərdə olan Rəisi jurnalistin başını örtməkdən imtina etməsindən sonra CNN telekanalına verdiyi eksklüziv müsahibəsini təxirə salıb.

Sosial mediada müsahibənin ləğvinə münasibətini bildirən jurnalist Amanpur, ötən həftə Məhsa Əmininin ölümündən sonra başlayan və 8 nəfərin ölümünə səbəb olan etirazlar bağlı Rəisə bir neçə sual verməyi planlaşdırdığını vurğuladı.

Amanpor İran liderinin ABŞ torpaqlarında baş tutacaq ilk müsahibəsinə həftələrdir tərcümə avadanlığı, işıqlar, kameralarla hazırlaşdıqlarını, lakin Rəisinin gəlmədiyini deyib.

Müsahibə başlamazdan 40 dəqiqə əvvəl onların yanına bir müşavir gəlib və müqəddəs Məhərrəm və Səfər ayları ilə əlaqədar jurnalistdən başını örtməsini xahiş edib. Jurnalist xanım bu xahişi nəzakətlə rədd etdiyini qeyd edib.

Amanpor bildirib ki, biz hicab baxımından heç bir qanunun və ənənənin olmadığı Nyu Yorkdayıq: "Mən əvəllər də İran prezidentlərindən müsahibə almışam və ölkələrindən kənarda müsahibə verəndə heç biri belə bir tələb qoymayıb".

Məsləhətçinin yenidən onun yanına gəlib hicab bağlayana qədər müsahibənin mümkün olmayacağını deyən Amanpur, bunun “hörmətsizlik” olduğunu, “İrandakı vəziyyət”ə işarə edərək, etirazları nəzərdə tutduğunu bildirib. 

Qeyd edək ki, xanım jurnalist müsahibələrinin birində başını bağlayıb. Amma buna səbəb xanımın öz ölkəsindən kənarda, Talibanda olması idi. Kristian Amanpuranın İran prezidenti ilə müsahibəsində başını bağlamaqda imtina etməsi ilə Amerikada belə bir tələbin olmamasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3237
avatar

Fidan İlqar

Oxşar yazılar