İran kəşfiyyatı: Son iğtişaşları törədənlər Ermənistanda   təlim keçib
28 oktyabr 2022 23:24 (UTC +04:00)

İran kəşfiyyatı: Son iğtişaşları törədənlər Ermənistanda təlim keçib

İranın Təhlükəsizlik Nazirliyi (ETTELAAT) və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik təşkilatı İranda baş verən son iğtişaşlarla bağlı ilk dəfə birgə bəyanat yayıb. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, birgə bəyanatda bildirilib ki, mövcud məlumatlar əsasında son iğtişaşların casus xidmətləri tərəfindən layihə paketi şəklində bəzi qruplar və şəbəkələr vasitəsilə həyata keçirildi aşkar olunub.

İran işğitaşlarla bağlı ABŞ, Böyük Britaniya, İsrail və Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətlərini "əsas rol oynamaqda" ittiham edib.

Məlumatda o da qeyd olunub ki, təlim kursları Türkiyə, BƏƏ, Hollandiya, Ermənistan, Gürcüstan, Malayziya, İndoneziya, Tailand, Çexiya, Cənubi Afrika Respublikası, İtaliya, Seyşel adaları kimi ölkələrdə keçirilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3222
avatar

Oxşar yazılar