İran Almaniya vətəndaşının edam hökmünü təsdiqlədi
26 aprel 2023 22:28 (UTC +04:00)

İran Almaniya vətəndaşının edam hökmünü təsdiqlədi

İran məhkəməsi İran-Almaniya vətəndaşı Cəmşid Şarmehdin edam hökmünü qüvvədə saxlayıb.

Lent.az-ın xəbərinə görə, Almaniyanın xarici işlər naziri Annalena Berbok Cəmşid Şarmehdin ölüm hökmünün qüvvədə saxlanılmasının qəbuledilməz adlandırıb: “Cəmşid Şarmehd heç vaxt ədalətli mühakimə olunnmayıb. Biz İranı bu özbaşına hökmü dərhal ləğv etməyə çağırırıq”.

Qeyd edək ki, ABŞ-da yerləşən “Tonder” və “İran Krallığı Məclisi” kimi tanınan anti-rejim qrupunun lideri olduğu iddia edilən Şarmehd İran Məhkəməsi tərəfindən “İranda terror aktlarını planlaşdırmaq və istiqamətləndirmək yolu ilə təxribat törətmək”  ittihamı ilə edam cəzasına məhkm edilib.

Sözügedən təşkilat 2008-ci il aprelin 12-də Şiraz şəhərində 14 nəfərin ölümü, 215 nəfərin yaralanması ilə nəticələnən terror aktı ilə ölkə daxilində bəzi silahlı aksiyalar və təxribat təşkil etməkdə ittiham edilir.

İran ikili İran-Almaniya vətəndaşı olan ve ABŞ-da yaşayan Şarməhdi Birləşmiş Ərəb Əmirliklərindən oğurlayaraq 2020-ci ilin iyulunda ölkəyə gətirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1761
avatar

Oxşar yazılar