İtaliyanın paytaxtı Romada günün günorta çağı gözlənilməz hadisə yaşanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Azadlıq meydanında, avtobus dayanacağının yaxınlığında baş verib.
Kimlikləri bəlli olmayan cütlük ətrafdakı zibillərə, tullantı paltarlara baxmayaraq, hər kəsin gözü önündə cinsi əlaqədə olublar. Bu anları yaxınlıqdakı ofislərin birində çalışan şəxs telefonla çəkib.
Hadisənin günorta vaxtı insanların gözü önündə baş verməsi yerli məmurların və sakinlərin sərt reaksiyasına səbəb olub. Romanın tibb idarəsi isə ərazidə onsuz da qotur və digər dəri xəstəliklərinin geniş yayıldığını qeyd edib.