İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Tual şəhərindən 157 kilometr cənub-qərbdə, ocağı 75 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.