İmran Xan  saxlanıldı,   paytaxta helikopterlə aparılacaq
05 avqust 2023 15:37 (UTC +04:00)

İmran Xan saxlanıldı, paytaxta helikopterlə aparılacaq

Pakistan polisi ölkənin keçmiş baş naziri, müxalif “Ədalət uğrunda hərəkat” partiyasının qurucusu İmran Xanı Lahorda saxlayıb və onu İslamabada göndərməyə hazırlaşır, 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, siyasətçinin vəkillərinin sözlərinə görə, o, helikopterlə ölkənin paytaxtına aparılacaq.

Partiyanın hüquqşünaslarının sözlərinə görə, Xan helikopterlə İslamabada aparılacaq. Pəncab əyalətinin informasiya naziri Əmir Mir polisin keçmiş baş naziri paytaxta apardığını təsdiqləyib.

Avqustun 5-də İslamabad məhkəməsi Toşaxana dövlət xəzinəsində saxlanılan qiymətli əşyaların satışı ilə bağlı dələduzluq işi üzrə İmran Xanı qiyabi olaraq üç il müddətinə azadlıqdan məhrum edib.

İlk dəfə olaraq Pakistanın keçmiş baş naziri mayın 9-da milli təhlükəsizlik qüvvələri tərəfindən korrupsiya şübhəsi ilə həbs edilib. O, xarici liderlərdən hədiyyələr almaqda və bundan 630 min dollara yaxın gəlir əldə etməkdə ittiham olunur.

Siyasətçinin həbsi Xanın tərəfdarları ilə polis arasında iğtişaşlara və qarşıdurmalara səbəb olub. Mayın 12-də o, Ali Məhkəmənin qərarı ilə zaminə buraxılıb. Lakin müxtəlif məhkəmələr digər işlərdə ona qarşı dərhal ittiham irəli sürüblər. Yerli KİV-in məlumatına görə, keçmiş baş nazirə qarşı 150-dən çox müxtəlif cinayət işi açılıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1695
avatar

Oxşar yazılar