İlon Mask cinsi təcavüzdə  ittiham olunur
12 iyun 2024 16:57 (UTC +04:00)

İlon Mask cinsi təcavüzdə ittiham olunur

Amerikalı iş adamı İlon Mask SpaceX-də tabeliyində olan işçilərlə cinsi əlaqədə olub. Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Maskı ittiham edən qadınlardan birinin sözlərinə görə, o, dəfələrlə ondan uşaqlarını dünyaya gətirməsini istəyib. İmtinadan sonra işçi maaş artımını almayıb və iş adamının işi ilə bağlı naşılıqları ilə üzləşib.

Qeyd olunur ki, jurnalın mənbəyi 48-dən çox insanla yazışmalar, elektron materiallar və müsahibələr olub. Bunlara zərərçəkən qadınların dostları və qohumları, həmçinin SpaceX-in keçmiş əməkdaşları daxildir.

SpaceX direktoru Quinne Şotvell vəziyyəti şərh etsə də, Mask özü jurnalistlərin sorğularına cavab verməyib. O, təqib xəbərlərinin SpaceX mədəniyyətini əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, şirkət bu kimi şikayətlərə baxır və tədbir görür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2403
avatar

Oxşar yazılar